Yanvar-iyul aylarında çay ixracından 5 mln. dollara yaxın gəlir əldə edilib

Yanvar-iyul aylarında çay ixracından 5 mln. dollara yaxın gəlir əldə edilib

Tarix: 19 Aug 2026 13:33

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xarici bazarlara 4,7 milyon ABŞ dolları dəyərində 531.33 ton çay ixrac edilib.

“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay ixracı 2025-cü ilin yanvar-iyun ayları ilə müqayisədə dəyər ifadəsində 19,5%, həcm ifadəsində isə 23,3% artıb.

Hesabat dövründə ölkəyə 48,7 milyon ABŞ dolları dəyərində 8 124,63 ton çay idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4%, həcm ifadəsində isə 3,4% artım deməkdir.

Qeyd edək ki, həmin dövrdə Azərbaycanda 6 537 ton çay istehsal edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% azdır. Avqustun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 174,1 ton təşkil edib.

Xatırladaq ki, cari ilin ilk 7 ayında çayın 1 kiloqramının orta ixrac qiyməti 8.8 manat, orta idxal qiyməti isə 6 manat təşkil edib.

İlahə Səlimova çay ixracı Azərbaycan ixrac idxal istehsal ton anbarlar gəlir

Mənbə: apa.az

Xəbər Lenti