- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 02.06.2024 14:16
"Xətlər üzrə yubanma 1 saata yaxın olub. Hazırda xətlər üzrə qatarların hərəkəti ilə bağlı hər hansısa ciddi problem yoxdur."
Bu barədə APA-ya "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
***
13:52
"Bakı Metrosunda qatarların hərəkəti bərpa olunub".
Bu barədə APA-ya "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O deyib ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür:
"Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılıb, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Sərnişin xarici görkəminə görə 65-70 yaş arasıdır və cinsi kişidir"
***
13:43
"28 May" stansiyasına qatar yoluna düşən sərnişin ölüb”.
Bu barədə APA-ya "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Bundan başqa o bilidirib ki, hal-hazırda bəzi stansiyalara sərnişinlərin daxil ola bilməməsi ilə bağlı məlumatlar var:
"Bu da mövcud vəziyyətlə əlaqədardır. Qısa müddət ərzində hərəkət bərpa olunacaq".
***
13:18
"28 May" stansiyasına qatar daxil olanda, sərnişin stansiya yoluna düşüb. Xətlərdə yubanma var”.
Bu barədə APA-ya "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O deyib ki, bu barədə əlavə məlumat veriləcək.