Cümə, 16 Yanvar, 2026
Tarix: 02 Jun 2024 14:55
İyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.
İmtahan 20 şəhər və rayonda təşkil olunub.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, iyunun 3-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.