Cümə, 16 Yanvar, 2026
Tarix: 02 Jun 2024 16:32
Bu gün saat 13:08-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "28 May" stansiyasından sərnişinin qatar yoluna düşməsi səbəbi ilə çağırış daxil olub.
TƏBİB-dən APA-ya verilən məlumata görə, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
68 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.