Cümə, 23 Yanvar, 2026
Tarix: 07 Dec 2023 11:13
Rusiya Ukraynada müharibəni davam etdirir. Biz bilirik ki, Rusiyanın qonşusu olmaq rahat deyil.
“APA-Economics”in xəbərinə görə, bunu Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord deyib.
O bildirib ki, Ermənistan arasında dayanıqlı sülhə nail olunması Azərbaycana daha böyük layihələrin gəlməsinə imkan yaradacaq: “Bütün bunlar Britaniya Azərbaycan münasibətlərinin inkişafına səbəb olacaq”.
“Biz Azərbaycanla ticarət münasibətlərinin daha sürətli inkişafının tərəfdarıyıq. Düşünürük ki, Azərbaycanla təmiz enerji sahəsində də birgə işləyə bilərik. Biz bir çox sahələrdə Azərbaycana əməkdaşlıq təklif edə bilərik”, - deyə o vurğulayıb.