- Çərşənbə axşamı, 24 Dekabr, 2024
Tarix: 04.06.2024 17:50
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi mütəmadi olaraq, aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumatları vətəndaşların nəzərinə çatdırır.
Mərkəzdən APA-ya verilən xəbərə görə, AEM tərəfindən 2024-cü ilin may ayı ərzində Bakı şəhəri üzrə 29, respublikanın digər şəhər və rayonlarında isə 17 aptek olmaqla, ümumilikdə 46 aptekdə yoxlama aparılıb. Üç aptekdə plandankənar yoxlama həyata keçirilib. Yoxlamalar zamanı beş aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci, 452.3-cü, 452.4-cü maddələri üzrə protokollar tərtib edilib.