Birinci Qarabağ müharibəsində şəhid olan Rövşən Əliyevin qalıqları Xırdalanda dəfn olunub - FOTO

Tarix: 05.06.2024 12:16

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Rövşən Məcid oğlu Əliyevin qalıqları ailəsinə təhvil verilib.

APA xəbər verir ki, şəhid Rövşən Əliyevlə Xırdalanda vida mərasimi keçirilib.

Şəhidin qalıqları Xırdalan Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində Abşeron rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştrak edib.

Qeyd edək ki, Əliyev Rövşən Məcid oğlu 1973-cü ildə martın 20-də Xırdalanda anadan olub.

Birini Qarabağ müharibəsində iştirak edib. Daşaltıda gedən döyüşlərdə itkin düşdüyü ehtimal edilib.

Rövşən Əliyevin Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müaəyyən edilib.

Xəbər Lenti