Birinci Qarabağ müharibəsində şəhid olan Zakir İsaqovun qalıqları Zərdabda dəfn edilib - FOTO

Tarix: 05.06.2024 14:16

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 il sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Zakir Nüsrət oğlu İsaqovun qalıqları Zərdabda dəfn olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid Zakir İsaqovun qalıqları bu gün ailəsinə təhvil verilib.

Zərdab rayonunun Təzəkənd kəndində şəhidlə vida mərasimi keçirilib.

Şəhidin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılb.

Qeyd edək ki, şəhid Zakiq İsaqov 1958-ci ildə Zərdab rayonunun Təzəkənd kəndində anadan olub.

Birinci Qarabağ müharibəsi başlayan dönəmdə Qazaxstanda təhsilini yarımçıq qoyaraq könüllü olaraq döyüş bölgəsinə yollanıb. 1992-ci ilin sentyabr ayının 24-də Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Zakiq İsaqovun Tərtər rayonundaki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən ediıib.

Xəbər Lenti