SOCAR: Təbii qaz keçid yanacağı kimi qəbul edilməlidir

Tarix: 06.06.2024 10:09

Qlobal enerji keçidi şəraitində təbii qaz keçid yanacağı kimi qəbul edilməlidir.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR-ın vitse-prezidentinin müşaviri Səriyyə Bünyatova bildirib.

Onun sözlərinə görə, yaşıl enerjinin inkişafına baxmayaraq, təbii qaza tələbat azalmır.

"Bu tələbata uyğunlaşmaq lazımdır və SOCAR öz diqqətini buna yönəldib", - Səriyyə Bünyatova qeyd edib.

Xəbər Lenti