BP: Təbii qaz bərpa olunan enerjiyə dəstək olan yanacaqdır

BP: Təbii qaz bərpa olunan enerjiyə dəstək olan yanacaqdır

Tarix: 06 Jun 2024 11:22

Təbii qaz bərpa olunan enerjinin inkişafına dəstək olan yanacaq növüdür.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı "BP Azərbaycan-Gürcüstan-Türkiyə"nin qaz və az karbonlu enerjinin inkişafı üzrə vitse−prezidenti Katerina Papaleksandri bildirib.

Onun sözlərinə görə, təbii qaz nisbətən təmiz alternativdir, həm də bu yanacaqdan istifadə emissiyaların azaldılmasına dəstək verə bilər.

"Təbii qaz bərpa olunan enerjiyə dəstək olan yanacaqdır", - Katerina Papaleksandri qeyd edib.

Katerina Papaleksandri onu da qeyd edib ki, təbii qaz qlobal enerji balansında çox önəmli bir faktordur və ona olan tələbat hələ uzun illər yüksək olacaq.

Mənbə: apa.az

Xəbər Lenti