- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 06.06.2024 13:12
Macarıstanın MOL şirkətinin Azərbaycandakı məqsədi uzunmüddətli perspektivdə konstruktiv və etibarlı tərəfdaş olaraq qalmaqdır.
"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı "Mol Group"nun kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Adəm Homonnay bildirib.
Onun sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsi layihəsi MOL-un (layihənin səhmdarıdır - red.) Azərbaycandakı fəaliyyətində əsas rol oynayır.
Adəm Homonnay onu da əlavə edib ki, AÇG-də hasil olunan neft artıq MOL-un Avropada yerləşən zavodlarında emal olunur.