Spiker: Beynəlxalq təşkilatların qərəzli yanaşmaları fonunda TÜRKPA-nın genişlənməsi təqdirəlayiqdir

Tarix: 06 Jun 2024 15:17

Parlament diplomatiyası beynəlxalq səviyyədə böyük rola malikdir.

APA xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasnın Bakıda keçirilən 13-cü Plenar iclasında səsləndirib.

Spiker vurğulayıb ki, bu əsnada TÜRKPA mühüm əhəmiyyət daşıyır:

“Bir sıra beynəlxalq təşkilatların qərəzli yanaşmaları fonunda bu məsələ daha da böyük əhəmiyyət daşımaqdadır. Sevindirici haldır ki, təşkilat dövrün tələbinə uyğun olaraq öz fəaliyyətini zənginləşdirir. TÜRKPA-nın beynəlxalq əlaqələrinin genişlənməsi də təqdirəlayiqdir”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, TÜRKPA yalnız qanunvericilik çərçivəsində fəaliyyət göstərmir, eyni zamanda beynəlxalq aləmdə mövqeyimizin nümayş etdirilməsi və qorunması baxımından vacibdir.

Xəbər Lenti