, 21 Dekabr, 2025
Tarix: 20 Dec 2025 21:35
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Milli Təhlükəsizlik Müşavirləri səviyyəsində Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli görüşünü təklif etdiyini açıqlayıb.
APA xəbər verir ki, dövlət başçısı jurnalistlərlə söhbətində Kiyevin bu ideyanı dəstəklədiyini bildirib.
O, təklif barədə ona hazırda ABŞ-da olan və dünən müharibənin başa çatdırılması məsələsi ilə bağlı amerikalı və avropalı tərəfdaşlarla danışıqlar aparan Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun məlumat verdiyini bildirib.
"Umerov mənə zəng edib dedi ki, ABŞ Milli Təhlükəsizlik Müşavirləri səviyyəsində Amerika, Ukrayna və Rusiyanın üçtərəfli görüşünü təklif edir", - Zelenski deyib.
Zelenski qeyd edib ki, bu görüşün yeni bir şey verəcəyinə əmin deyil. Lakin əlavə edib ki, oxşar görüşlər əvvəllər Türkiyədə keçirilib və xüsusən də əsir götürülmüş hərbçilərin və mülki şəxslərin geri qaytarılması kimi müəyyən nəticələr verib.
Məhz buna görə də Ukrayna Amerikanın təklifini dəstəkləyir.