- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 06.06.2024 15:15
Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağında hasılat göstəriciləri gözləntiləri üstələyir.
"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı TotalEnergies şirkətinin birgə müəssisə və inkişaf üzrə direktoru Ceyson Fiş bildirib.
Onun sözlərinə görə, yataqda ilkin hasilat planına ötən il başlanılıb və bir illik hasilatdan sonra belə qənaətə gəlmək olar ki, göstəricilər gözləntiləri üstələyir.
Ceyson Fiş qeyd edib ki, "Abşeron" yatağında hasılat aparılan quyu Xəzərdə qazılan ən dərin quyudur və yüksək təzyiqlidir.
Şirkət nümayəndəsi əlavə edib ki, TotalEnergies-in Azərbaycanda diqqət mərkəzində olan əsas məsələ - "Abşeron" yatağının hazırki və gələcək ışlənilmə planlarını yerinə yetirməlidir.