ANAMA və BQXK arasında mina təhlükəsi ilə mübarizə üzrə əməkdaşlıq müzakirə edilib

Tarix: 06.06.2024 16:58

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov Beynəlxalq Qızıl Xaç Komitəsinin Silah və partlayıcı sursatların yaratdığı təhlükələrlə mübarizə şöbəsinin rəhbəri Erik Tollefsen ilə görüş keçirib.

ANAMA-dan APA-ya verilən məlumata görə, görüşdə, mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və minadan zərərçəkənlərə yardım, minaların ətraf mühitə təsirinin azaldılması məqsədilə istifadə olunan innovativ yanaşmalar, habelə ölkəmizdə mina fəaliyyətinin tədrisi üçün yaradilacaq Mükəmməllik Mərkəzinə dair fikir mübadiləsi aparılıb. Erik Tollefsen Agentliyin fəaliyyətini yüksək qiymətləndirdiyini və bu sahədə bir çox ölkələrin Agentliyin təcrübəsindən yararlanmalı olduğunu vurğulayıb. Qeyd edilib ki, Erik Tollefsen cari ilin 30-31 may tarixlərində ölkəmizdə keçirilmiş 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının müvafiq panel müzakirələrində “Mina təhlükəsi ilə mübarizə sahəsində texnoloji innovasiyalar: ətraf mühit problemləri" mövzusunda çıxış edib, mina probleminin aradan qaldırılmasının strateji və əməliyyat aspektləri barədə fikirlərini paylaşıb.

Xəbər Lenti