- Çərşənbə axşamı, 24 Dekabr, 2024
Tarix: 06.06.2024 16:49
Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 31 ildən sonra dəfn yeri və kimliyi müəyyən olunan şəhid İxtiyar Hüseyn oğlu Əkbərovun qalıqları Gəncədə dəfn olunub.
APA-nın yerli bürosunun məlumatına görə, şəhid İxtiyar Əkbərovun qalıqları bu gün Gəncə şəhərində ailəsinə təhvil verilib. Şəhidlə ailəsinin yaşadığı evdə vida mərsimi keçrilib.
Daha sonra şəhidin qalıqları Gəncənin Şəhidlər xiyabanınada torpağa tapşırılıb.
Dəfn mərasimində Gəncə şəhəd İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştrak edib.
Qeyd edək ki, şəhid İxtiyar Hüseyn oğlu Əkbərov 1960-cı ildə Gəncə şəhərində anadan olub. Birinci Qarabağ müharibəsində iştirak edib, 1993-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüş hesab olunub.
İki övladı olub. Həyat yoldaşı və bir övladı dünyasını dəyişib.
Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.