Laçında əmək yarmarkası təşkil olunub

Tarix: 06.06.2024 18:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə növbəti əmək yarmarkası təşkil olunub. Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, aktiv məşğulluq tədbirində nazirlik də iştirak edib və müvafiq vakansiyalar təqdim olunub. Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Xəbər Lenti