Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Tarix: 07.06.2024 09:46

İyunun 6-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.20% – 38,886.17 bəndədək artıb, S&P 500 indeksi 0,02% – 5,352.96 bəndədək, Nasdaq indeksi isə 0.09% – 17,173.12 bəndədək azalıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında isə iyunun 6-də Fransanın CAC-40 indeksi 0.42% – 8,040.12 bəndədək, FTSE 100 indeksi 0,47% – 8,285.34 bəndədək, Almaniyanın DAX indeksi isə 0.41% – 18,652.67 bəndədək artıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,02% artaraq 1.0892 dollar təşkil edib.

Xəbər Lenti