Cümə, 4 Sentyabr, 2026
Tarix: 04 Sep 2026 00:22
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin dekabrda ABŞ-də keçiriləcək G20 sammitinə dəvət edilməsi məsələsini hələ nəzərdən keçirmədiyini bildirib.
Tramp bu barədə “GB News” telekanalına müsahibəsində danışıb.
“Mən hələ bu barədə düşünməmişəm”, – ABŞ Prezidenti deyib.
“The Washington Post” daha əvvəl Dövlət Departamentindəki mənbələrə istinadən Trampın Putini G20 sammitinə dəvət etmək niyyətində olduğunu yazmışdı.
G20 liderlərinin sammitinin dekabrın 14-15-də Mayami yaxınlığındakı Doralda keçirilməsi nəzərdə tutulur.
Tramp bundan əvvəl jurnalistlərlə söhbətində Rusiya liderinin G20 sammitində mümkün iştirakının çox faydalı olacağını bildirmişdi.
ABŞ Rusiya Donald Tramp G20
Mənbə: apa.az