Fransada yeni isti hava dalğası gözlənilir

Fransada yeni isti hava dalğası gözlənilir

Tarix: 04 Sep 2026 03:53

Fransa yeni isti hava dalğasına hazırlaşır. Ölkənin cənub-qərbində həftəsonu havanın temperaturunun 40 dərəcəyə çatacağı proqnozlaşdırılır.

Bu barədə Fransanın “Météo-France” meteorologiya xidmətinin klimatoloqu Matye Sorel bildirib.

Onun sözlərinə görə, yeni isti hava dalğasının cümə günü günorta saatlarından başlaması gözlənilir. Həftəsonu ölkənin cənub-qərbində temperaturun bəzi ərazilərdə 40 dərəcəyə çatacağı ehtimal edilir.

“İqlim dəyişikliyi səbəbindən yay mövsümünün uzandığı aydındır. Yay daha erkən – mayda başlayır və daha gec – sentyabrda, hətta oktyabrda başa çatır”, – deyə Sorel bildirib.

Fransa isti hava Météo-France iqlim

Mənbə: apa.az

Xəbər Lenti