Maliyyə naziri: Əsaslı büdcə xərcləri 3,3 mlrd. manat artacaq

Tarix: 07.06.2024 11:56

Yenidən baxılma ilə büdcənin 852 milyon manat xərcləri optimallaşdırılaraq investisiya yönümlü infrastruktur layihələrinə, şəhərətrafı sərnişin daşınması üçün subsidiyaların verilməsi və s zəruri xərclərin maliyyə təminatı yaradılacaq”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, əsaslı xərclər mövcud büdcə ilə müqayisədə 3 milyard 307 milyon manat artacaq.

Onun sözlərinə görə, icmal büdcənin kəsrinin məbləği təsdiq edilmiş büdcə ilə müqayisədə daralacaq, İşsizlikdən Sığorta Fondunun büdcəsi isə təsdiq olunmuş məbləğdə saxlanacaq: “Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər səviyyədə, yəni 22,9 milyon manat (4,4 faiz) artırılmaqla 539,3 milyon manat təşkil edəcəkdir”.

Samir Şərifov bildirib ki, büdcə zərfinə dəyişikliklərin əsas hədəfi ölkənin artan gəlirləri hesabına prezidentin müəyyən etdiyi məsələlərin həlli üçün əlavə maliyyə təminatı yaradılmasıdır.

Xəbər Lenti