Azərbaycana xaricdən pul köçürmələri 29% azalıb

Tarix: 07.06.2024 16:03

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 607.5 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 173.1 milyon manata bərabər olub.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-aprel aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 28.8% və ya 245.7 milyon manat, banklardan xaricə köçürmələr isə 23.1% və ya 52 milyon manat azalıb.

Qeyd edək ki, ötən ilin ilk 4 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 853.2 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 225.1 milyon manat təşkil edib.

Xəbər Lenti