- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 07.06.2024 18:00
Bu ilin yanvar-may aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə 9 milyard 355,6 milyon manatdan artıq dövriyyə qeydə alınıb.
Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 864,4 min manatdan, yaxud 10,2%-dən çoxdur.
Qeyd edilb ki, bu günədək ölkədə 98 346 ədəd yeni nəsil NKA quraşdırılıb.