Şənbə, 5 Sentyabr, 2026
Tarix: 05 Sep 2026 12:30
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Moskvaya gəlib.
APA-nın Rusiya bürosu xəbər verir ki, ABŞ nümayəndələrinin təyyarəsi Vnukovo-2 hava limanına enib.
Rusiya KİV-i Uitkoff və Kuşnerin avtomobil kortejinin görüntülərini yayıb.
Qeyd edək ki, ABŞ prezidentinin xüsusi elçilərinin Ukrayna münaqişənin nizamlanması ilə bağlı təkliflərini tərəflərə çatdırmaq üçün sentyabrın 5-6-da Moskva və Kiyevə səfər edəcəkləri açıqlanıb.
Fərid Əkbərov ABŞ xüsusi nümayəndə Moskvaya səfər Stiv Uitkoff Cared Kuşner
Mənbə: apa.az