Zelenski: ABŞ Avropanın sülh danışıqlarında iştirakı üzrə Rusiya ilə razılığa gəlib

Zelenski: ABŞ Avropanın sülh danışıqlarında iştirakı üzrə Rusiya ilə razılığa gəlib

Tarix: 17 Nov 2026 18:47

ABŞ və Rusiya Ukrayna ilə bağlı danışıqlar prosesində Avropa ölkələrinin də iştirakına razılıq verib.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, danışıqlara beş Avropa ölkəsinin, Avropa Komissiyasının, Avropa Şurasının və NATO-nun nümayəndələri qoşulacaq.

“Ukrayna Avropadakı bütün tərəfdaşları ilə koordinasiyanı davam etdirir. Avropanın danışıqlarda güclü iştirakçı olması üçün bütün səviyyələrdə işləməyə davam edəcəyik. Bu barədə ABŞ ilə də razılığa gəlmişik”, – Zelenski qeyd edib.

Ukrayna Prezidenti yaxın həftələrdə hərbi əsirlərin mübadiləsinin həyata keçirilməsinə hazırlıq getdiyini də açıqlayıb.

Bundan başqa, Kiyev ABŞ vasitəçilərinə Xerson və Zaporojye vilayətlərində daha 10 yaşayış məntəqəsinin sakinlərinin təxliyəsinin təşkilini təklif edib.

İlqar Xudiyev Zelenski ABŞ Ukrayna Rusiya danışıqlar Aİ

Mənbə: apa.az

Xəbər Lenti