Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb

Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb

Tarix: 17 Nov 2026 21:07

Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Salyan–Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini, 1937-ci il təvəllüdlü Allahverən Alış oğlu Əliyev yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı Salyan Qırxçıraq Salyan–Şirvan yolu Allahverən Əliyev yol-nəqliyyat hadisəsi Mercedes piyada ölümü avtomobil qəzası

Mənbə: apa.az

Xəbər Lenti