Çərşənbə axşamı, 17 Noyabr, 2026
Tarix: 17 Nov 2026 18:18
Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Şəhidlər xiyabanını ziyarət edib.
APA xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram bildirilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.



Mənbə: apa.az