Parisdə həmkarlar ittifaqlarının  çağırışı ilə keçirilən etirazlarda 28 min nəfər iştirak edib

Parisdə həmkarlar ittifaqlarının çağırışı ilə keçirilən etirazlarda 28 min nəfər iştirak edib

Tarix: 17 Nov 2026 21:34

Fransanın paytaxtı Parisdə həmkarlar ittifaqları və tələbə təşkilatlarının çağırışı ilə keçirilən etiraz aksiyasında 28 min nəfər iştirak edib.

“Le Parisien” qəzetinin Paris Polis Prefekturasına istinadən yaydığı məlumata görə, noyabrın 17-də keçirilən nümayiş ciddi insidentlər olmadan baş tutub.

Etirazçılar Millət meydanından İtaliya meydanına qədər yürüş ediblər.

Yürüş başa çatdıqdan sonra iştirakçıların bir hissəsi ərazini tərk etsə də, digərləri şüarlar səsləndirməyə və fişənglər yandırmağa davam ediblər.

Polis qalan nümayişçiləri dağıtmaq üçün müdaxilə etməyib.

Qeyd edək ki, Fransada kütləvi etirazlar sentyabrın sonlarından davam edir.

Əvvəlcə məktəblilər təhsil müəssisələrinin vəziyyətinə, dərs cədvəllərinin həddindən artıq yüklənməsinə və müəllim çatışmazlığına etiraz olaraq məktəblərin girişlərini bağlamağa başlayıblar.

Oktyabrda isə həmkarlar ittifaqları maaşların artırılması və hökumətin əlavə qənaət tədbirlərindən imtina etməsi tələbi ilə aksiyalara qoşulublar.

Fransa Paris etiraz aksiyası 28 min nəfər həmkarlar ittifaqları tələbələr Le Parisien nümayiş maaşlar təhsil

Mənbə: apa.az

Xəbər Lenti