Çərşənbə axşamı, 17 Noyabr, 2026
Tarix: 17 Nov 2026 17:48
Lənkəranda fərdi yaşayış evində güclü yanğın baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın hadisəsi şəhərin Mirzə Fətəli Axundov küçəsində üç ailənin yaşadığı evdə baş verib. Hadisə zamanı evdə olan 8 nəfər təxliyə olunub.
İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub. Külək alovun sürətlə yayılmasına şərait yaradıb. Əraziyə cəlb olunan yanğınsöndürənlərin müdaxiləsindən sonra alovun qarşısı alınıb.
İlkin Rzayev Lənkəran yanğın


Mənbə: apa.az