S&P manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb

Tarix: 08.06.2024 09:00

“Hökumət tərəfindən dəstəklənən Azərbaycan manatın məzənnəsinin ABŞ dollarına nisbətdə 1,7 AZN səviyyəsində qalacağını proqnozlaşdırırıq”. "APA-Economics" xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib. “Buna baxmayaraq, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, biz güman edirik ki, hökumət Mərkəzi Bankın valyuta ehtiyatlarını 2015-ci ildə baş verdiyi kimi əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəyə düzəliş etməyi düşünə bilər”- S&P əlavə edib.

Xəbər Lenti