- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 08.06.2024 11:19
Azərbaycanın bank sektoru uzun sürən korreksiyadan sonra bərpa prosesini davam etdirir.
"APA-Economics" xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi proqnozunda bildirilib.
"Bir neçə illik durğunluqdan sonra 2020-ci ildən etibarən bank sektorunda kredit fəaliyyəti yenidən canlanıb. Biz gözləyirik ki, uçot dərəcəsinin tədricən yumşaldılması 2024-2025-ci illər ərzində kreditləşmə artımını dəstəkləməlidir. Hesab edirik ki, kredit portfelinin artması fonunda problemli kreditlər (QPL) 2023-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankı tərəfindən rəsmi olaraq bildirilən 2,6%-lə müqayisədə növbəti iki il ərzində təxminən 4,0%-ə qədər arta bilər" - S&P əlavə edib.