Bazar ertəsi, 21 Sentyabr, 2026
Tarix: 07 Sep 2026 16:50
Sentyabrın 7-si saat 16:30-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Tərtərdə, eləcə də Bakıda və Abşeron yarımadasında 25, Zaqatalada 23, Neftçala, Göyçay, Salyanda 20, Şəki, Zərdabda 18, Şirvanda 17, Yevlax, Şahdağ, Göygöldə 15 m/s-yə çatır.
Saat 16:05-16:12 radələrində Şahdağa diametri 3 mm, saat 16:15-16:19 radələrində isə Şamaxı rayonu Çuxuryurd və Məlhəm kəndləri ərazisinə diametri 0.5 mm olan dolu düşüb.
Gəncə, Balakən, Bərdə, Qrız, Quba, Şamaxı, Şirvan, Zaqatalada yağış yağır, şimşək çaxır.
Selcan Zaurqızı hava proqnoz faktiki havaMənbə: apa.az