Bazar, 29 Noyabr, 2026
Tarix: 28 Nov 2026 23:00
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament müxalifətinin konstitusiya referendumunun keçirilməsinin lehinə səs verəcəyinə əmin olduğunu bildirib.
O, bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib. Müsahibənin anonsu bu gün yayımlanıb.
Paşinyan bir daha müxalifəti Azərbaycanla sülh yolunda “sonuncu maneə” adlandırıb.
Ermənistanın Baş naziri, həmçinin ölkə Konstitusiyasının dəyişdirilməsindən sonra Bakının sülh müqaviləsinin imzalanması üçün yeni şərtlər irəli sürəcəyi ehtimalını istisna edib.
Ermənistan Nikol Paşinyan Azərbaycan Konstitusiya referendum parlament müxalifət sülh müqaviləsi
Mənbə: apa.az