Pakistanda binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb

Pakistanda binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb

Tarix: 28 Nov 2026 15:00

Pakistanın Kəraçi şəhərində inşası davam edən altımərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə yüksəlib. “Geo News”un məlumatına görə, dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb. Məlumata görə, binanın çökməsi nəticəsində 14 nəfər xəsarət alıb. Xilasedicilər daha 9 nəfərin dağıntılar altında qala biləcəyini bildiriblər. Axtarış-xilasetmə işləri müasir avadanlıqların köməyi ilə davam etdirilir. Xilasedicilər dağıntılar altında qalan meyitlərə zərər dəyməməsi və binanın qalıq konstruksiyasının daha da çökməməsi üçün ağır texnikadan istifadəyə məhdudiyyət qoyaraq əsasən əl üsulu ilə axtarış aparırlar.

Toğrul Quluzadə Pakistan Karaçi binanın çökməsi ölü sayı dağıntılar inşaat

Mənbə: apa.az

Xəbər Lenti