Los-Ancelesdə zəlzələdən sonra “Chevron”un neft emalı zavodunda güclü yanğın olub

Los-Ancelesdə zəlzələdən sonra “Chevron”un neft emalı zavodunda güclü yanğın olub

Tarix: 28 Nov 2026 22:52

ABŞ-ın Los-Anceles şəhərində baş verən zəlzələdən sonra “Chevron” şirkətinə məxsus neft emalı zavodunda güclü yanğın başlayıb.

Bu barədə “Times Now” məlumat yayıb.

Yanğının zəlzələ nəticəsində baş verib-vermədiyi hələlik məlum deyil.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, 5 maqnitudalı zəlzələ yerli vaxtla saat 09:30 radələrində Kaliforniyanın Manhetten-Biç şəhəri yaxınlığında qeydə alınıb.

Yanğın nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

ABŞ Los-Anceles Kaliforniya Chevron neft emalı zavodu yanğın zəlzələ USGS

Mənbə: apa.az

Xəbər Lenti