Siyəzəndə su kanalında batan azyaşlının meyiti tapılıb - YENİLƏNİB

Siyəzəndə su kanalında batan azyaşlının meyiti tapılıb - YENİLƏNİB

Tarix: 28 Nov 2026 21:45

Siyəzən rayonunda Taxtakörpü–Ceyranbatan su kanalında batan azyaşlının meyiti tapılıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini Hüseyn Allahverdiyevin meyiti batdığı yerdən 10 kilometr aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

*** 21:09

Siyəzən rayonunda iki azyaşlı Taxtakörpü–Ceyranbatan su kanalına düşüb.

APA-nın Şimal bürosunun məlumatına görə, hadisə noyabrın 28-də Siyəzən şəhəri yaxınlığında baş verib.

İlkin məlumata əsasən, uşaqlar kanalın kənarında oynayarkən suya düşüblər.

Azyaşlılardan biri xilas edilərək xəstəxanaya yerləşdirilib, digərinin isə axtarışları davam etdirilir.

Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.

Xanım Məmmədova Siyəzən azyaşlı Taxtakörpü–Ceyranbatan su kanalı FHN axtarış-xilasetmə əməliyyatı

Mənbə: apa.az

Xəbər Lenti