Bazar, 29 Noyabr, 2026
Tarix: 28 Nov 2026 22:42
ABŞ-ın Kaliforniya ştatının cənubunda 5 maqnitudalı zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Los-Anceles dairəsinin Manhetten-Biç şəhərindən təxminən 6 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 12,2 kilometr dərinlikdə olub.
Zəlzələdən sonra bir neçə afterşok qeydə alınıb.
Ölənlər və dağıntılar barədə məlumat daxil olmayıb.
ABŞ Kaliforniya Los-Anceles zəlzələ yeraltı təkanlar USGS
Mənbə: apa.az