Tsarukyanın partiyası Ermənistan parlament seçkilərinin nəticələri ilə bağlı AİHM-ə müraciət edib

Tsarukyanın partiyası Ermənistan parlament seçkilərinin nəticələri ilə bağlı AİHM-ə müraciət edib

Tarix: 28 Nov 2026 17:55

Ermənistanın iş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyası iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.

APA TASS-a istinadən xəbər verir ki, partiya noyabrın 4-də AİHM-ə təqdim etdiyi şikayətdə bəzi seçki məntəqələrində nəticələrin təkrar səsvermə keçirilmədən etibarsız sayılmasının və effektiv məhkəmə müdafiəsinin təmin edilməməsinin pozuntulara yol açdığını iddia edib.

Partiya həmçinin seçki mübahisələri ilə bağlı Ermənistan Konstitusiya Məhkəməsinə üç yeni ərizə təqdim edib. Bildirilib ki, noyabrın 19, 20 və 23-də təqdim olunan ərizələrdə partiyanın parlamentə keçməməsinə səbəb olan qanun normaları və qərarlar mübahisələndirilir.

Qeyd edək ki, seçkilərdə “Çiçəklənən Ermənistan” Partiyası 3,996% səs toplayıb. Partiyalar üçün keçid həddi 4% təşkil edib. Partiya ilkin nəticələrə əsasən bu həddi keçsə də, Mərkəzi Seçki Komissiyasının düzəlişindən sonra parlamentə daxil olmaq üçün 100-dən bir qədər çox səs çatmayıb.

Ermənistan Tsarukyan seçkilər parlament AİHM şikayət

Mənbə: apa.az

Xəbər Lenti