Ancelina Coli Xarkova səfər edib

Ancelina Coli Xarkova səfər edib

Tarix: 07 Sep 2026 21:49

Amerikalı aktrisa Ancelina Coli Ukraynanın şərqində yerləşən Xarkov şəhərinə səfər edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyası məlumat yayıb.

Federasiyanın “Telegram” kanalında yayılan məlumata görə, Coli şəhərdəki boks klublarından birini ziyarət edib. Onun oğlu Noks da klubda keçirilən muay-tay məşqində iştirak edib.

Ancelina Coli avqustun sonunda Ukraynaya gəlib. O, Xarkovdan əvvəl Lvov, Ternopil və Poltava şəhərlərinə də səfər edib.

Ancelina Coli Ukrayna Xarkov səfər

Mənbə: apa.az

Xəbər Lenti