AZSTAND: Azərbaycanda 4 minə yaxın yeni normativ sənəd hazırlanacaq

AZSTAND: Azərbaycanda 4 minə yaxın yeni normativ sənəd hazırlanacaq

Tarix: 16 Oct 2026 11:29

Azərbaycanda 2026–2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin işlənib hazırlanması nəzərdə tutulur.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktoru vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində bildirib.

Onun sözlərinə görə, AZSTAND-ın qərarı ilə 2025-ci ilin dekabrında “2026–2028-ci illər üçün milli standartlaşdırma proqramı” təsdiqlənib və 2026-cı ilin iyulunda proqrama müvafiq dəyişikliklər edilib.

Proqram çərçivəsində ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik sahəsində 532, mexaniki və hidravlik sistemlər və komponentlər üzrə 442, neft və əlaqəli texnologiyalar üzrə 338, tekstil və dəri texnologiyası üzrə isə 333 standartın qəbulu planlaşdırılır.

Beləliklə, qeyd olunan dörd istiqamət üzrə ümumilikdə 1645 standartın qəbul edilməsi nəzərdə tutulur.

Rahim Tarıverdiyev Azərbaycan Standartlaşdırma İnstitutu AZSTAND Kəmalə Məmmədzadə

Mənbə: apa.az

Xəbər Lenti