Cümə, 16 Oktyabr, 2026
Tarix: 16 Oct 2026 11:33
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 31 055,9 mln. manat təşkil edib, bu da illik müqayisədə 1,6% azalma deməkdir.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 27 576,2 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 3,1% azalma deməkdir.
Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:
Fəaliyyət növlərinin adı
2026-ci ilin yanvar-sentyabr aylarında istehsal edilib, milyon manat
Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə
Mədənçıxarma sənayesi
31 055,9
98,4
Xam neft və təbii qaz hasilatı
27 576,2
96,9
Metal filizlərinin hasilatı
888,1
147,9
Mədənçıxarma sənayesinin digər sahələri
159,7
86,0
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi
2 431,9
125,1
Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 19 809,8 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 28 581,3 mln. kub metr təşkil edib.
Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4%, əmtəəlik qaz hasilatı isə 1,6% azalıb.
Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:
Məhsul növləri
2026-cı ilin yanvar- sentyabr aylarında istehsal edilib
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
01.10.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı
Xam neft və təbii qaz hasilatı
Xam neft (qaz kondensatı daxil olmaqla), min ton
19 860,1
96,1
292,2
ondan əmtəəlik
19 809,8
96,0
292,2
Təbii qaz, milyon kub metr
37 521,3
99,3
-
ondan əmtəəlik
28 581,3
98,4
-
Emil İsmayılov Dövlət Statistika Komitəsi mədənçıxarma sənayesi neft hasilatı qaz hasilatı
Mənbə: apa.az