Azərbaycanda magistral kəmərləri ilə bu il 30 mlrd. kubmetrə yaxın qaz nəql olunub

Azərbaycanda magistral kəmərləri ilə bu il 30 mlrd. kubmetrə yaxın qaz nəql olunub

Tarix: 16 Oct 2026 11:45

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 730,8 milyon kub-metr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz az qaz nəql edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 56,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib.

Bildirilir ki, hesabat dövründə Cənubi Qafqaz boru kəməri ilə bu kəmərlə 16 862,6 mln. kubmetr qaz ötürülüb.

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 235,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,3% azalma müşahidə olunub. Qaz nəqlinin 57,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 23 143,9 mln. kubmetr qaz ötürülüb (1,3%-lik artım olub).

Emil İsmayılov Dövlət Statistika Komitəsi magistral qaz kəmərləri

Mənbə: apa.az

Xəbər Lenti