- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 10.06.2024 12:54
“S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyini Azərbaycanda işsizlik səviyyəsinin 5%-dən 4,5%-dək azalacağını açıqlayıb.
"APA-Economics" xəbər verir ki, bu barədə reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında bildirilib.
S&P-nin proqnozuna görə, bu il ölkədə işsizlik səviyyəsi 4,7%-ə, 2025-ci ildə isə 4,5%-ə enəcək. 2026 və 2027-ci illərdə isə dəyişməz olaraq qalacaq.
Qeyd edək ki, adətən xarici maliyyə təşkilatları Azərbaycanda işsizliklə bağlı proqnozları 5-6% civarında müəyyən edir. Beynəlxalq Valyuta Fondu 2024-2025-ci illər üzrə Azərbaycanda işsizlik səviyyəsini 5,5% proqnozlaşdırıb.