Cümə, 16 Oktyabr, 2026
Tarix: 09 Sep 2026 19:16
Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən rüşvət vermək və almaqla bağlı başlanan cinayət işi çərçivəsində Meğri icmasının rəhbəri Xaçatur Andreasyan və Eko-Patrul Xidmətinin Sünik regional bölməsinin rəisi də daxil olmaqla 8 nəfər saxlanılıb.
Bu barədə “Armenpress”ə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.
Komitə ilkin istintaqın maraqlarını əsas gətirərək əlavə təfərrüatları açıqlamayıb.
Xaçatur AndreasyanMənbə: apa.az