Muxtar Babayev: Aviasiya sahəsində 2030-cu ilə kimi karbon emissiyasının 5% azaldılması hədəflənib

Tarix: 12.06.2024 10:17

Aviasiya sahəsində 2030-cu ilə kimi karbon emissiyasının 5% azaldılması hədəflənib.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində çıxışı zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) əlverişli qlobal idarəetmə çərçivəsi və hədəfləri yaratmaq səyləri aviasiya sənayesini xalis sıfır gələcəyə doğru istiqamətləndirmək üçün vacibdir. Buraya 2030-cu ilə qədər bütün dünyada Davamlı Aviasiya Yanacağından istifadənin artırılması yolu ilə CO2 emissiyalarını 5% azaltılması məqsədi da daxildir.

“Biz artıq sənayedə müsbət irəliləyişlər görürük. Aşağı karbonlu həllərin davamlı tətbiqi, xüsusilə Davamlı Aviasiya Yanacaqlarının artan istifadəsi və inkişafı optimist görünür. Bu dayanıqlı yanacaqlar aviasiyanın karbon izini azaltmaqda irəliyə doğru mühüm addımdır. Bundan əlavə, texnologiyada irəliləyişlər və təkmilləşdirilmiş əməliyyat səmərəliliyi davamlılıq məqsədlərimizə daha da töhfə verir” - nazir əlavə edib.

Xəbər Lenti