Bazar, 13 Sentyabr, 2026
Tarix: 12 Sep 2026 23:42
Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələrdə hazırda ən mürəkkəb məsələ ərazi məsələsidir.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner açıqlayıb.
“Ən çətin məsələ əvvəlki kimi ərazilərlə bağlıdır. Düşünürəm ki, bunun qismən döyüş meydanında baş verənlərdən asılı olduğu aydındır”, – Kuşner bildirib.
Onun sözlərinə görə, ərazi məsələsi danışıqların əsas mövzusu olaraq qalacaq və tərəflərin mövqeləri məhz bu məsələdə hələ də fərqlənir.
Qeyd edək ki, Cared Kuşner və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff sentyabrın 5-də Moskvada səfərdə olublar və Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul ediliblər. Sentyabrın 6-da isə onlar Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun məlumatına görə, sentyabrın 8-də Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı da olub.
Ukrayna Cared Kuşner Stiv Uitkoff danışıqlar
Mənbə: apa.az