Husilər Səudiyyə Ərəbistanının iki gündə Yəmənə 129 hava zərbəsi endirdiyini açıqlayıb

Husilər Səudiyyə Ərəbistanının iki gündə Yəmənə 129 hava zərbəsi endirdiyini açıqlayıb

Tarix: 12 Sep 2026 22:53

Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri son iki sutka ərzində Yəməndə husilərin nəzarətində olan ərazilərə 129 hava zərbəsi endirib.

APA xəbər verir ki, bunu “Ənsar Allah” hərəkatının rəsmi nümayəndəsi Yəhya Səriya açıqlayıb.

“Son 48 saat ərzində Səudiyyə Ərəbistanı aviasiyası Taiz, Marib, Əl-Hudeydə, Əl-Cauf, Səada, Əmran və Həccə vilayətlərinə 129 zərbə endirib”, – Yəhya Səriya iddia edib.

Onun sözlərinə görə, zərbələr zamanı Səudiyyə Ərəbistanının Xamis-Müşeyt və Ət-Taifdəki hərbi bazalarından qalxan F-15 və “Typhoon” qırıcılarından istifadə olunub.

“Ənsar Allah” nümayəndəsi husilərin bu zərbələri cavabsız qoymayacağını bildirib.

Səudiyyə Ərəbistanı tərəfi husilərin açıqladığı rəqəmləri hələlik təsdiqləməyib.

Yəmən husilər Səudiyyə Ərəbistanı hava zərbələri

Mənbə: apa.az

Xəbər Lenti