Cümə axşamı, 4 Dekabr, 2025
Tarix: 13.06.2024 15:07
2024-cü ilin I rübündə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 190 milyon 686 min dollar təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.5 dəfə və ya 136 milyon 343 min dollar çoxdur. 2023-ci ilin I rübündə BƏƏ-nin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 54 milyon 343 min dollar təşkil edib.
Xatırladaq ki, cari ilin I rübündə Azərbaycandan BƏƏ-nin iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 65 milyon 787 min dollar təşkil edib ki, bu da ötən ilin I rübü ilə müqayisədə 3 dəfə çoxdur.
Qeyd edək ki, 2024-cü ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 1 milyard 508 milyon dollar, Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi isə 330 milyon 451 min dollar təşkil edib.