Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 16 Sep 2026 04:47
Fransa hakimiyyəti ölkənin müdafiə sənayesi müəssisələrinin 2030-cu ilədək 100 min nəfəri işə cəlb etməsini planlaşdırır.
Bu barədə “Le Figaro” məlumat yayıb.
Qəzetin məlumatına görə, Fransanın əmək naziri Jan-Pyer Farandu “France Travail” məşğulluq təşkilatının dəstəyi ilə müdafiə sektorunun kadrlarla təmin olunmasına dair müvafiq planı təsdiqləyib.
“France Travail” daxilində istefada olan generalın rəhbərliyi altında xüsusi işçi qrupu da yaradılıb.
Hakimiyyət müdafiə sənayesinin ehtiyacları nəzərə alınmaqla 15 min təlim proqramı hazırlayır.
“Le Figaro” xatırladır ki, əmək naziri hələ avqustun əvvəlində gənclərin əmək bazarına inteqrasiyasını və təcrübəli işçilərin ixtisaslarının bazarın ehtiyaclarına uyğunlaşdırılması yolu ilə onların iş yerlərinin qorunmasını prioritet vəzifələr sırasında göstərib.
Bu baxımdan atom energetikası, yaşıl keçid və müdafiə sənayesi əsas istiqamətlər sırasında qeyd olunub.
Fransa müdafiə sənayesi məşğulluq ordu
Mənbə: apa.az