Müdafiə naziri Katz: İsrail Qəzzada "işi bitirəcək"

Müdafiə naziri Katz: İsrail Qəzzada "işi bitirəcək"

Tarix: 16 Sep 2026 12:23

İsrailin müdafiə naziri İsrael Katz Qəzzada HAMAS-a qarşı hərbi əməliyyatların yenidən genişmiqyaslı şəkildə davam etdirilə biləcəyini və fələstinlilərin köçürülməsi planının həyata keçiriləcəyini bildirib.

Bu barədə AFP İsrail müdafiə nazirinə istinadən məlumat yayıb.

Katz qeyd edib ki, ABŞ və digər ölkələr HAMAS-ın tərksilah edilməsi və tunellərinin məhv edilməsi ilə bağlı öhdəlik götürüblər.

“Hamımız başa düşürük ki, bu, baş verməyəcək. İsrail Müdafiə Qüvvələri əmr verildiyi təqdirdə, HAMAS-ı məhv etməyə və missiyanı başa çatdırmağa hazırdır”, – nazir bildirib.

Katzın sözlərinə görə, İsrail ordusu Qəzza əhalisinin təxminən 70%-nin artıq ərazidən çıxarıldığını hesab edir.

O, 2025-ci ilin oktyabrında elan edilmiş atəşkəsi israillilər üçün mühüm hadisə adlandırıb.

İlqar Xudiyev Katz İsrail Fələstin Qəzza ABŞ

Mənbə: apa.az

Xəbər Lenti